Büdcədə neftin qiyməti azaldılırbackend

Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin qiyməti dəyişdirilir. 

Oxu.Az-ın məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində Azərbaycan neftinin bir barelinin qiyməti 35 dollardan götürülüb.

Qeyd edək ki, bundan əvvəl neftin bir barelinin qiyməti 55 dollar müəyyən olunmuşdu.

Layihə Milli Məclisin avqustun 5-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

İctimai.az