Buğdanın qiyməti 2024-cü ilin iyul ayından bəri ən aşağı səviyyəyə çatıb.
Bunu ticarət məlumatları sübut edir, RBC xəbər verir.
Mayın 12-də Çikaqo Ticarət Birjasında (CBOT) iyul fyuçersləri minimum 1,34% azalaraq 5,15 dollar/buşelə düşüb (bir buşel buğda təxminən 27,2 kq-a bərabərdir, bir tonda 36,74 buşel var).
2025-ci ilin fevral ayının 18-də müəyyən edilmiş 6,22 dollar/buşelə nisbətən buğda qiymətləri 17%-dən çox ucuzlaşıb.
Şimal yarımkürəsində məhsul yığımı yaxınlaşdıqca buğdanın qiyməti aşağı düşür. Bloomberg qeyd edir ki, bəzi əsas istehsalçı ölkələrdə məhsul yığımına yağışlı hava şəraiti müsbət təsir edib.