Bundestaqın Ukraynaya hərbi yardım üçün 3 milyard avro ayırmaq istədiyi məlum olubbackend

Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Almaniyanın maliyyə naziri Yorq Kukisi Ukraynaya əlavə 3 milyard avroluq hərbi yardımı təsdiqləməyə çağırıb.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq sorğu Bundestaqın büdcə komitəsində müxalif Xristian Demokratlar (CDU) və Azad Demokratlar Partiyasının (FDP) səsləri ilə təsdiqlənib. Sosial Demokratlar (SPD) və Yaşıllar Partiyasının hakim koalisiyası isə səsvermədə bitərəf qalıb.

Yanvar ayında Almaniya kansleri Olaf Scholz büdcə komitəsi tərəfindən baxılmaq üçün hazırlanan Ukraynaya əlavə 3 milyard avroluq hərbi yardım paketini dəstəkləməkdən imtina etdi.