Burkina Faso BRİKS-ə qoşulmaq istəyirbackend

Burkina-Fasonun baş naziri Apollinaire Yoahim Kjelem de Tambela Rusiya səfiri İqor Martınovla görüşdə “dollar və avronun hökmranlığı” ilə mübarizə aparmaq üçün BRİKS-ə qoşulmağa ümid etdiyini bildirib.

Bu barədə respublika hökumətinin Facebook-da dərc etdiyi bəyanatda deyilir.

Baş nazir qeyd edib ki, ölkə həm də “beynəlxalq arenada daha ədalətli ticarət münasibətlərinə” nail olmaq istəyir. Onun sözlərinə görə, Rusiya Federasiyası və Burkina Faso “eyni siyasi baxışa malikdir” və Moskva bir neçə səviyyədə strateji tərəfdaşdır: diplomatik, hərbi və iqtisadi.

Mənbə: Lenta.ru