Burkina Faso dünyanı Ukraynanın terrora verdiyi dəstəyi qiymətləndirməyə çağırıb.
TASS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Burkina Faso terroru tərifləyən aktı pisləyir və bunun Ukraynanın Dakardakı səfirliyi tərəfindən həyata keçirilməsinə təəccüblənir”, – deyə bəyanatda bildirilir.
Departament vurğulamışdır ki, dünyanın “belə pisliklə mübarizə zərurətində yekdil olduğu” bir vaxtda Ukrayna hakimiyyəti terrorizmi dəstəkləyir.