“BUTA.WS” xəbər saytının 2 yaşı tamam olurbackend

Bu gün əsası 2019-cu ilin aprel ayının 25-də qoyulan “BUTA.WS” xəbər saytının 2 yaşı tamam olur. “BUTA.WS” bu qısa müddət ərzində Azərbaycanın media məkanında özünü ciddi xəbər saytı kimi tanıtmağı bacarıb.

Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsində isə digər media qurumları kimi “BUTA.WS”də aktiv fəaliyyət göstərib.

Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcə də regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edir.

İctimai.az olaraq saytın kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik!