Bloomberg xəbər verir ki, 2025-ci ildə Amerika şirkəti Tesla qlobal elektrik avtomobil satışlarında liderliyini ilk dəfə Çinin BYD şirkətinə uduzub.
Agentlik bildirib ki, “Tesla-nın elektrik avtomobillərinin tədarükü ardıcıl ikinci ildir azalır; keçən il bu rəqəm təxminən 9% azalıb. Bu arada, Çin avtomobil istehsalçısının tədarükü ardıcıl beşinci rübdür ki, artıb”.
Agentlik hesab edir ki, Elon Maskın siyasi fəaliyyəti, Respublikaçılar Partiyası ilə əlaqələri və Hökumətin Səmərəliliyi Ofisinə rəhbərlik etməsi Teslanın fəaliyyətinə təsir edib.















