Rusiyanın ABŞ-dakı səfirliyi rejissor Klim Şipenkonun çəkdiyi “Çağırış” kosmik dramının premyerasını keçirib. Bu barədə TASS yazır.
Film bazar ertəsi Birinci Kanal və onun baş direktoru Konstantin Ernst-in dəstəyi ilə təşkil olunmuş diplomatik missiyanın kinoklubunda nümayiş etdirilib.
Premyeraya onlarla tamaşaçı, o cümlədən Rusiya və xarici ölkə vətəndaşları, diplomatik korpusun nümayəndələri və ekspert icması gəlib.
Qonaqlara kinoklubun foyesində ziyafət verilib, film ingilis dilində subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar, TASS-ın yazdığı kimi, filmi alqışlarla qarşıladılar.
Mənbə: TASS















