Çağırış şəxsi kabinetə yerləşdirildiyi andan qəbul edilmiş sayılır

Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, hərbi komissarlığa çağırış hərbi xidmətə cəlb olunan şəxsin şəxsi kabinetinə yerləşdirildiyi andan qəbul edilmiş hesab olunacaq.

O, bu barədə “Rossiya 24” telekanalının efirində bildirib.

“Çağırış vərəqəsi hərbi xidmətə cəlb olunan şəxsin şəxsi kabinetinə daxil edildiyi andan qəbul edilmiş sayılır”, – Kartapolov bildirib.

Daha əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri bildirib ki, yeni səfərbərlik planları yoxdur, hazırda həyata keçirilmir.

İctimai.az

Oxşar xəbərlər