Cahid Şahbazova cinayət işi açılıb? – İDDİAbackend

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb.

Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Qeyd edək ki, vətəndaş Humay Əliyeva Axşam.az-a müraciət edərək, Cahid Şahbazov tərəfindən əməliyyat olunduğunu və müdaxilə nəticəsində gözünün görmə qabiliyyətini itirdiyini bildirmişdi. Onun sözlərinə görə, aparılan tibbi ekspertiza əməliyyatın uğursuz olduğunu təsdiqləyib.