“Premium Bank” ASC-nin İdarə Heyətinin sədrinə yeni müşavir təyin edilib.
İctimai.az Valyuta.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Camid Mövsümov gətirilib.
Qeyd edək ki, Camid Mövsümov Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-də “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, həmçinin Hunan University-də “Agricultural Investment” üzrə MBA proqramını bitirib.
Camid Mövsümov “Made in Turan” markasının qurucusudur. O, müxtəlif dövlət və maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.












