Çinin “Changan” avtomobil markası Avtotorda avtomobil istehsal etməmək qərarına gəlib və bunun əvəzinə bu ilin payızında Qazaxıstandan Rusiyaya çatdırılmasını təşkil edəcək.
Bu barədə “Auto Mail” layihəsi “Çanqan” avtomobillərinin yığıldığı Alma-Atadakı AMMKZ multibrend zavoduna yaxın mənbələrə istinadən yazır.
“Təkrar emal haqqı ilə bağlı qərar hökumətlərarası komissiyanın müzakirəsindədir. Məqsəd ən azı Belarusun BelGee zavodu ilə eyni şərtlərə nail olmaqdır ki, Qazaxıstandan tədarükün qiyməti münasib olsun”, – mənbə bildirib.
Qeyd olunur ki, Qazaxıstanda yığılan CS55 Plus krossoveri ilk olaraq Rusiyaya gətiriləcək. Satışların başlanması 2025-ci ilin payızının sonlarına planlaşdırılır.