Carlsberg Baltika-nın satılmamasından itkiləri 1 milyard dollar qiymətləndirirbackend

“Carlsberg”in Rusiyadakı törəmə şirkəti olan “Baltika” şirkəti ətrafında münaqişə yeni səviyyəyə çatıb. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, tərəflər avqust ayından etibarən yazışmağa başlayıblar və bu yazışmalarda Karlsberq Rusiyanı beynəlxalq müqavilələri pozmaqda ittiham edir. Şirkət altı ay ərzində münaqişənin həll olunmayacağı təqdirdə beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcəyi ilə hədələyib. 2023-cü ilin mart ayının ortalarında Carlsberg Rusiyadan çıxdığını elan etdi və iyun ayında Baltika-nı satmaq üçün müqavilə bağladı. Lakin iyul ayında prezident Vladimir Putin “Baltika”nın səhmlərinin 100%-ni Federal Əmlakın İdarə Edilməsi Agentliyinin idarəçiliyinə verib və bununla da sövdələşməni pozub. “İnterfaks”ın qeyri-rəsmi məlumatına görə, alıcı “Arnest” qrupu olmalı idi.

Avqust ayında Carlsberg Rusiya hakimiyyətinə məktub göndərərək satışın pozulması ilə əlaqədar itkilərin ödənilməsini xahiş edib. Maliyyə Nazirliyi sentyabr ayında göndərdiyi cavab məktubunda ödənişlər üçün heç bir əsasın olmadığını bildirmişdi. Oktyabr ayında şirkət xarici sərmayələrin qorunmasına dair üç beynəlxalq müqavilə çərçivəsində mübahisəli bildirişlər təqdim edib.

Mənbə: TASS