Danimarkanın “Carlsberg Group” pivə şirkəti “Baltika Breweries”dəki paylarını Rusiya şirkətinin rəhbərliyinə satmağa razılaşıb.
Bu barədə Carlsberg-in press-relizində deyilir.
Bildirilir ki, “Baltika” pivə zavodunun yeni nəzarət paketi “Baltika”nın iki uzunmüddətli əməkdaşına bərabər payda sahib olan şirkət olacaq. Hazırda şirkətdə adları qeyd olunmayan şəxslər rəhbər vəzifələrdə çalışırlar. Onlar şirkətdə baş direktor və baş direktorun müavini vəzifələrini tutacaqlar.
Müqavilə bir neçə gün ərzində bağlanmalıdır. Həmçinin, müqavilə çərçivəsində Baltika Carlsberg Azerbaijan və Carlsberg Kazakhstan-dakı bütün səhmlərini Carlsberg Group-a verəcək.
Baltika Carlsberg Group-un bir hissəsidir, lakin 2023-cü ilin iyulunda Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Danimarka pivə konserninin Rusiya aktivləri Federal Əmlakın İdarə Olunması Agentliyinin müvəqqəti idarəçiliyinə verildi.