Çarlz III xərçəng diaqnozundan sonra ilk açıqlamasını verdibackend

Bu həftə xərçəng diaqnozu qoyulan İngiltərə kralı III Çarlz sağlamlığından narahat olan hər kəsə təşəkkür edib. Bu barədə Bukingem sarayının saytında bildirilir.

“Son günlərdə aldığım çoxsaylı dəstək mesajlarına və xoş arzulara görə ən səmimi təşəkkürümü bildirmək istərdim” dedi monarx.

O vurğuladı ki, xərçənglə qarşılaşmış hər kəs yaxşı sözlərin təsəlli və ruhlandırıcı olduğunu bilir. Çarlz III əlavə etdi ki, onun diaqnozunu bölüşmək ictimaiyyətin anlayışını yaxşılaşdırmağa və İngiltərədə və dünyada xərçəng xəstələrinə və onların ailələrinə dəstək verən təşkilatların işinə işıq salmağa kömək etdi.

Mənbə: Bukingem