Çavuşoğludan Ukraynanın boğazları bağlama tələbinə CAVABbackend

“Türkiyə Bosfor və Dardanel boğazlarını döyüş gəmilərinin keçidi üçün bağlaya bilər, lakin bu vəziyyətdə belə Rusiya Federasiyası donanmanı bazaya qaytarmaq üçün onlardan istifadə etmək hüququna malik olacaq”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın boğazları bağlama ilə əlaqədar rəsmi tələbinə cavab olaraq bildirib.

“Türkiyə döyüş gəmilərinin boğazlardan keçməsini məhdudlaşdıra bilər. Bununla belə, Montre Konvensiyasına əsasən, müharibəyə qatılan ölkələrin gəmiləri də öz bazalarına qayıda bilərlər və bunun üçün onlara icazə verilməlidir”, – deyə türkiyəli nazir qeyd edir.