CBC TV-nin əməkdaşları qəzaya düşdülər – FOTObackend

CBC TV-nin çəkiliş qrupu Tərtər-Bərdə istiqamətində yolda hərəkət edərkən avtomobil qəzasına düşüblər.

Oxu.Azxəbər verir ki, qəzaya səbəb yolların buzlu olmasıdır.

Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Telekanalın rəhbərliyi hadisədən dərhal sonra yerli icra orqanları ilə əlaqə saxlayıb.

Avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.