Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.
“Report” xəbər verir ki, köçürülən ailələr işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşacaqlar.
İlk mərhələdə Cəbrayıl şəhərinə daha 36 ailə – 117 nəfər köçürülüb.