Cəbrayılda 1,5 milyonluq layihənin icrasına başlanılırbackend

Cəbrayıl rayonunun Şükürbəyli kəndində uşaq bağçasının tikintisinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.

Belə ki, 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi həyata keçiriləcək.

Fond tikinti işlərinin 1,95 milyon manata başa gələcəyini ehtimal edir.

Bundan əlavə, kənddə sahədaxili rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi işləri də aparılacaq. Bu işlərin isə 1,54 milyon manata başa gələcəyi ehtimal olunur.

Xatırladaq ki, bu il Cəbrayıla köç olacaq. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məcburi köçkünlərin Cəbrayıl şəhəri, Şükürbəyli və Horovlu kəndlərinə köçürülməsi üçün yük və sərnişin daşıma ilə bağlı tender elan edib. Hazırda rayonda genişmiqyaslı quruculuq və abadlıq işləri sürətlə davam etdirilir.