“Cəbrayıl”dan son dəqiqə qələbəsi – Fotolarbackend

Peşəkar Futbol Liqası tərəfindən keçirilən 2-ci liqada çempionatın sonuncu turunun oyunları keçirilib.

İctimai.az xəbər verir ki, son turda xüsusi önəm daşıyan oyun ASK Arenada “Cəbrayıl” FK və “Füzuli” FK arasında baş tutub.

Oyun dramatikliyi ilə seçilib. İlk hissənin 36-cı dəqiqəsində Emin Quliyev Füzulini irəli çıxardıb. Fasilədən sonra Cəbrayıl futbolçuları geridönüş edərək qələbə qazanıb. Oyunun 74-cü və 98-ci dəqiqələrində Ruslan Vorontsov dubl edərək komandasına qələbə qazandırıb. Beləliklə, “Cəbrayıl” FK bu qələbə ilə 2-ci liqanın gümüş medallarını əldə etməklə yanaşı, 1-ci liqada çıxış etmək üçün “Difai” komandası ilə pley-off oyunu oynamaq şansı əldə edib.

Oyundan fotoları təqdim edirik: