Ceff Bezosun şirkəti Marsa raket buraxıbbackend

Amazon qurucusu Jeff Bezosa məxsus Blue Origin aerokosmik şirkəti, planlaşdırılmış uçuşdan əvvəl son anda qəfil dayandırıldıqdan bir saat sonra New Glenn raketini buraxdı. Canlı yayım şirkətin X sosial media səhifəsində yayımlanıb.

Raketin əvvəlcə yerli vaxtla saat 14:57-də qalxması planlaşdırılırdı, lakin Florida ştatının Kanaveral burnundan buraxılış son saniyələrdə dayandırıldı. O, cəmi bir saat sonra, 15:55-də baş verdi.

Noyabrın 12-də “Blue Origin” yüksək günəş aktivliyinə görə “New Glenn” raketinin buraxılışını təxirə salıb. Raketin buraxılışının təxirə salınması qərarı missiya çərçivəsində orbitə çıxarılmalı olan “Eskapade” kosmik gəmisinə günəş radiasiyasının potensial təsiri ilə əlaqədar qəbul edilib.