Cəlilabadda 16 yaşlı gənc həmkəndlisini traktorla vuraraq öldürübbackend

Cəlilabad rayonunda 16 yaşlı gənc ehtiyatsızlıqdan həmkəndlisinin ölümünə səbəb olub.

APA xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Məhəmməd Həbib oğlu Həsənov yaşadığı evin həyətində atası Həbib Əzizağa oğlu Əliyevə məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru irəli hərəkət etdirdiyi vaxt texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi ehtiyatsızlıqdan arxada dayanmış Cahid Vahabova dəyib.

C.Vahabov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.