Cəlilabadda yanan evdən xilas edilən azyaşlının vəziyyəti açıqlandıbackend

Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən beş yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.

Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin həkimi Arzu Cəfərli məlumat verib.

Bildirilib ki, 8 sentyabr 2024-cü il, saat 14:20-də 2019-cu il təvəllüdlü azyaşlı qız tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub:

“Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib və intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir”.