“Çelsi” baş məşqçi ilə müqaviləni pozduğuna görə Qrem Potterə təxminən 15 milyon avro təzminat ödəyəcək.
Bu barədə Daily Mail məlumat yayıb.
London klubunda işlədiyi müddətdə Potter təxminən 8 milyon avro qazanıb.
Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edir və müqaviləsi 2027-ci ilin iyununun sonuna qədərdir.
İctimai.az

