Cem Yılmazın evində yanğın baş verdibackend

Türkiyənin tanınmış gülüş ustası Cem Yılmazın evində yanğın olub.

“Haber Global”ın məlumatına görə, hadisə məşhurun Leventdəki evində baş verib.

Əraziyə yanğınsöndürmə xidmətinin əməkdaşlarının cəlb olunduğu bildirilib. Qısa müddət ərzində yanğın nəzarət altına alınıb.

Hadisənin baş vermə səbəbləri hələ ki açıqlanmayıb.