Cəmiyyətə siyasətçi kimi sırınanlar və fiaskoya uğrayanlarbackend

Cəmiyyətimizdə bəzi özünü siyasətçi adlandıranlar vardır ki, mütəmadi olaraq gündəmə gəlməyə çalışır və ya hansısa anti-Azərbaycan dairələrdən verilən təlimatları səsləndirməklə öz missiyalarını yerinə yetirmiş olurlar. Milli Dövlətçilik Partiyasının sədri, özünü “meydan qəhrəmanı” sayan Nemət Pənahlı kimilər.

Bu gün 30 ildən sonra yenidən zühur edərək özünü “siyasətdə görməsi” ancaq ikrah doğurur. “Meydan qəhrəmanı” Nemət Pənahlı anlamır ki, artıq xalqımız pafoslu çıxışlara inanmır, çünki bu gün ölkəmiz qalib ölkə kimi 30 illik həsrətə “Dəmir yumruq” siyasəti ilə 44 gün ərzində Qarabağımız işğaldan azad olundu. Bu gün “meydan qəhrəmanlığı” dövrü deyil. Bu günün qəhrəmanlığı igid oğullarımız döyüş meydanında sübut etdilər. Və Nemət Pənahlı kimi araqarışdıran fərdlər pafoslu çıxışlar edərək insanların yanlış yola sürüklənməsinə icazə vermək olmaz.

Çox qəribədir ki, 30 ildən sonra keçmiş dövrdə etdiyi “qəhrəmanlıq”ları əsas götürərək bu gün də söz sahibi olduğunu sübut etmək istəyən Nekmət Pənahlının məqsədi bəllidir: Azərbaycanın siyasi həyatında “aktivlik” nümayiş etdirmək, müəyyən dairələr və qüvvələrin təsiri altında çaxnaşmalar yaratmaq və əvvəlki illərdəki missiyanı yenidən davam etdirməklə özünü cəmiyyətə siyasətçi kimi sırımaqdır. Ancaq bu isə mümkün deyil. Çünki xalq Nemət Pənahlının ikiüzlü, satqın, çaxnaşma yaratmaqla həmin dövrdə qüvvələrin istəklərini yerinə yetirməklə xalqa yox, öz məqsədlərinə xidmət etmiş bir insandır. Bu gün onun pafoslu çıxışlar etməsi yenidən özünü siyasətçi kimi göstərməsi mümkün deyil, çünki Nemət Pənahlının heç bir siyasi gücü və ya arxasınca apara biləcək kütləsi yoxdur. Xalq kimi- kim olduğunu bilir. Bu gün Nemət Pənahlı və onun kimilərinin Azərbaycanın siyasi həyatında heç bir yeri yoxdur. Və artıq o tarixin arxivində qara ləkə olaraq qalır. Çünki bu gün Azərbaycan xalqı birlikdə və bərabər vahid bir güc olaraq öz qalib Lideri ətrafında sıx birləşib və Nemət Pənahlı kimi araqarışdıran, ikiüzlülər arxivə atılmışlıpdır və Azərbaycan siyasətində belələrinin heç bir zaman yeri olmayacaqdır.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri