Çempion olaraq Bakıya qayıtdılar-FOTOLARbackend

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Mental Arifmetika üzrə “WAMAS 2024” Ümumdünya Olimpiadası keçirilib. Ümumdünya Olimpiadasında 19 ölkədən 550-qədər məktəbli işirak edib. Olimpiada da ölkəmizi təmsil edən məktəblilərdə iştirak edib.  Həmyerlilərimiz beynəlxaql arenada möhtəşəm qələbə qazanmağa nail olub. Ən zəkalıların turnirində həmyerlimiz Nikol Məmmədzadə Ataxan Məmmədzadə çempion titiluna yiyələniblər.

Bu Məmmədzadələrin ilk uğuru olmayıb. 

Nikol Məmmədzadə artıq 5 yaşından Mental Arifmetika üzrə Olimpiadalara qoşulub. Nikol öz yaşıdlarından zəkası və bacarığı ilə fərqlənməyi bacarıb. Məhz bu səbəbdən Nikol Məmmədzadə qısa zaman ərzində CASPİAN CUP-un, Ümumirusiya turnirinin, “Magic Brain” Il Beynəlxalq Mental Arifmetika Olimpiadası Super çempionu titulunu qazanmağa nail olub.

Çempion adını qazanmış 9 yaşlı Ataxan Məmmədzadə isə komandanın ən çalışqan üzlərindən biridir. O hələ üç yaşında olduğu zaman Mental Arifmetika üzrə Olimpiadalara qoşulub. 4 yaşında olduğu zaman isə o Mental Arifmetika üzrə CASPIAN CUP-un qalibi olub. 6 yaşında isə o ikinci dəfə sözügedən mükafata sahib olmağa nail olub. O, 7 yaşında Misirdə keçirilən Olimpiadada çempion tiruluna yiyələnib. 8 yaşında olduğu zaman isə Caspian cup, Ümümirusiya turnirin və Türkiyədə dunya olimpiadasının qalibi olub.