Cennifer Lopez turu ləğv edildikdən sonra ekonom sinifdə çəkilibbackend

Müğənni və aktrisa Cennifer Lopez qastrol səfərini yarımçıq qoyduqdan sonra təyyarədə ekonom sinifdə görüntülənib.

Bu barədə Daily Mail məlumat yayıb.

54 yaşlı Cennifer Lopez Neapoldan Parisə uçarkən görüntülənib. Jurnalistlərin məlumatına görə, müğənni Hollandiyanın KLM aviaşirkətinə məxsus təyyarənin ekonom sinifində pəncərənin kənarında oturub. Aktrisanın yanında onun mühafizəçisi olub. Məşhur üzünü iri günəş eynəyinin arxasında gizlədib.

May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxdı. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.

Mənbə: haberler.com