Cennifer Lopez və Ben Afflek ehtiraslı küçə öpüşləri ilə evlilik problemini həll etdilərbackend

Cennifer Lopez və Ben Afflek Beverli Hills küçələrində öpüşərkən yaxalanıblar.

Bu barədə Daily Mail məlumat yayıb.

Cütlük şənbə günü ailəvi alış-veriş zamanı paparassilərin obyektivinə tuş gəlib. Lopez nazik zolaqlı qayışlı pambıq sarafan və pazlı sandal geyinmişdi. Afflek köynək üzərində köynək, cins şalvar və idman ayaqqabısı geyinib.

Ulduz cütlüyü aktrisanın üçüncü əri Mark Entonidən olan uşaqları müşayiət edirdi: 15 yaşlı əkizlər Maks və Emmi.

Mənbə: Gazeta.ru