Cennifer Lopez və Ben Afflek The Flash filminin premyerasında iştirak edirlər.
Bu barədə Daily Mail məlumat yayıb.
Ötən bazar ertəsi, iyunun 12-də Los-Ancelesdəki TCL Çin Teatrında The Flash premyerası oldu. Kaseti rejissor Andres Muschietti və Ben Afflek də daxil olmaqla aparıcı aktyorlar təqdim ediblər.
Onun həyat yoldaşı Cennifer Lopez aktyoru dəstəkləməyə gəlib. 53 yaşlı ulduz “Gucci”nin yeni kruiz kolleksiyasından olan libası ilə ictimaiyyət qarşısına çıxıb. Dərin dekolteli, fermuarlı model fiqurunu önə çəkib.
Cütlük qırmızı xalçada ehtirasla öpüşüb.
Mənbə: A haber














