Cennifer Lopez və Ben Afflek rəsmən boşanırbackend

Amerikalı aktrisa və müğənni Cennifer Lopez aktyor Ben Afflekdən boşanmaq üçün məhkəməyə sənədlər təqdim edib. Bu barədə TMZ portalı məlumat yayıb.

Təqdim olunan sənədlərdə Lopez ayrılıqlarının 26 aprel 2024-cü ildə baş verdiyini bildirib. Cütlüyün nikahdan əvvəl razılaşmasının olmadığı da qeyd olunur.

Cennifer və Ben 2002-ci ilin sonlarında nişanlandılar, lakin 2004-cü ildə nişanlarını kəsdilər. 2021-ci ilin iyulunda yenidən birləşmələrini təsdiq etdilər və 16 iyul 2022-ci ildə münasibətlərini rəsmi olaraq qeyd etdilər.

Mənbə: TMZ