“Aclıq Oyunları”nın ulduzu Cennifer Lourens film franşizasının yeni hissəsində çəkilmək arzusunu açıqlayıb, Variety xəbər verir.
Jurnalistlərin layihənin mümkün davamı ilə bağlı sualını cavablandıran aktrisa Aclıq Oyunları kainatına qayıtmaqdan şad olacağını etiraf edib. Lourens serialın baş qəhrəmanı Katniss Everdin kimi yenidən işləməkdə maraqlı olacağını qeyd edib.
“İlahi, əgər onlar nə vaxtsa davamını buraxmaq qərarına gəlsələr, mən bu filmdə iştirak etmək istəyən ilklərdən olacağam. 100% Katnissin yenidən həyatıma qayıtmasına sevinərəm”, – deyə aktrisa bildirib.
Mənbə: Lenta.ru














