“CƏNUB QAZ DƏHLİZİ” LAYİHƏSİ – AZƏRBAYCAN RESPUBLİKASININ AVROPA BİRLİYİ ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏRİNDƏ HƏLLEDİCİ FAKTORDURbackend

Dünyada yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin artması alternativ nəql sistemlərinin yaradılmasını tələb edir. Bu baxımdan zəngin qaz ehtiyatlarına malik Azərbaycan Respublikası həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dövlətlərin diqqətini cəlb edib. Ekoloji səmərə və nüvə enerjisinin qeyri-kütləviliyinin artması sayəsində Avropa energetika bazarında təbii qaz üstünlük verilən yanacağa çevrilir.

Hələ 2013-cü ilin sonlarında Bakıda “Şahdəniz”(yataq 1999-cu ildə kəşf olunub,2006-cı ildə ilk təbii qaz hasil edilmişdir.) yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarının imzalanması Azərbaycan qazının Avropa bazarlarına çıxarılması istiqamətində ilk mühüm addım idi. Bunun davamı olaraq 2014-cü ilin sentyabırın 20-də Xəzər dənizi qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşımağı əsas götürən şaxələnmiş layihənin təməli qoyuldu. 3500 km-dən çox uzanaraq 7 ölkədən keçən 11 nüfuzlu şirkətdən kapital yatırımı 45 milyard dollardır olan ”Cənub Qaz Dəhlizi”(CQD)-nə aşağıdakı layihələr daxildir.”Şahdəniz”-2 təbi qaz yatağı, Trans Adriatik Boru Kəməri (TAP), Trans Anadolu Boru Kəməri (TANAP), Cənubi Qafqaz Boru Kəməri (CQBK) Bununla əlaqədar 29 oktyabır 2013-cü ildə “Azərbaycan təbii qazının dünya bazarına CQD vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını vurğulamaq olar.(3) 2014-cü ilin fevralın 24-də isə prezident “Şahdəniz” yatağının istismarının ikinci mərhələsi və CQD layihəsinin yaradılmasına dair digər sərəncam imzaladı. Sərəncama əsasən ARDNŞ nizamnamə kapitalı 100 milyon dollar təşkil edən və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i isə ARDNŞ-ə məxsus olan Qapalı Səhmdar Cəmiyyətini təsis etməlidir. 2016-cı il fevralın 29-da 11 dövlətin iştirakı ilə Bakıda keçirilən Məsləhət Şurasının iclasında İran,İraq və Türkmənistan dövlətlərinində  layihəyə cəlb olunması müzakirə olundu. CQD-nə daxil olan Cənubi Qafqaz Boru kəməri (CQBK) Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmişdir. Boru kəməri Səngəçal terminalından başlayaraq Türkiyə sərhədinədək Azərbaycan və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdehdir.CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstrim Opereyşn Limited şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır. Diametri isə 42 düymdür. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 2015-ci ildə CQBK-nin gündəlik orta ötürücülüyü 18,6 milyon kubmetr qaz olmuşdur. 2015-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 47,5 milyon dollar əməliyyat xərcləri və 1,1 milyard  dollar əsaslı xərclər sərf edilir.

İstehsalçı ölkələr tərəfindən təklif olunan enerji layihələrindən biri də 2012-ci il iyunun 26-da İstanbulda imzalanan  TANAP ( Trans Anatolian Pipeline -Trans-Anadolu Qaz Boru Kəməri ) layihəsidir. Sazişə görə Azərbaycanın təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək boru xətti çəkilməlidir. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard  dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində  Azərbaycn Dövlət Neft Şirkətinin 80%, Türkiyə-nin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir.  TANAP layihəsi üzrə saziş boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-2 layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində TANAP-ın təməli qoyuldu.

Uzunluğu 870 km olacaq TAP (Trans Adriatic Pipeline) layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin “Axpo” şirkəti irəli sürmüşdür. 2007-ci ildə istismara verilən Bakı-Tbili-Ərzurum qaz kəməri (BTƏ) Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazın Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. TAP-ın səhmdarları- BP -20%, SOCAR-20%,Snam S.p.A-20%, Fluxys-19%, Enaqas-16%, Axpo-5%. şirkətləridir. 2014-cü il mayın 23-də Albaniyanın paytaxtı Tiranada Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina hökumət nümayəndələri TAP,(“Ionian Adriatic Pipeline” – IAP) qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzaladılar.  Tərəflər qaz kəmərləri layihələrinin inkişafına, maliyyələşməsinə və reallaşmasına yardım etmək, Azərbaycan Respublikası və Xəzər regionundan qazın qəbulu üçün daxili bazarları hazırlamaq barədə öhdəlik götürmüşdülər.

İstehsalçı İstehlakçı və tranzit dövlətlər arasında balans yaradan CQD XXI-ci əsrin ən iri infrastruktur və enerji  meqalayihəsi olmaqla yanaşı Azərbaycanın Avropa enerji təhlükəsizliyində həlledici rol oynayacaq.

 

Anar Hüseynov,

159 saylı tam orta məktəbin tarix müəllimi