Cənubi Afrika xəbər agentliyi News 24-ün məlumatına görə, 30 yanvarda Cənubi Afrika kinoteatrlarında nümayiş olunması planlaşdırılan Melaniya Tramp haqqında sənədli filmin premyerası ləğv edilib.
“Mövcud vəziyyətə görə, film artıq ölkəmizdə nümayiş olunmayacaq”, – deyə “Filmfinity” distribyutor şirkətinin satış rəhbəri Tobaşan Qovindarajulu bildirib.
O, qərarın səbəbləri barədə şərh verməkdən imtina etdi, lakin filmin Cənubi Afrikada tamamilə ləğvinə səbəb olan konkret amilləri izah etmədi.














