Cənubi Afrikanın İsrailə qarşı iddiasına Türkiyə də qoşulubbackend

Türkiyə BMT Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika Respublikasının İsrailə qarşı iddiasına qoşulub. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin Ədalət Komitəsinin rəhbəri Cüneyt Yüksel deyib.

“Biz fələstinlilərin maraqlarını müdafiə edərək bu iddianı sona qədər davam etdirəcəyik. Bu gündən etibarən Türkiyə İsrailə qarşı iddiaya dosye təqdim edərək qoşulur”, – Yüksel bildirib.

Haaqada jurnalistlərə açıqlama verən Türkiyə tərəfinin təqdim etdiyi dosyedə BMT-nin hesabatları və digər müvafiq sənədlər var.

Mənbə: Report