Yonhap Elm və İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, Cənubi Koreya hakimiyyəti K-Network 2030 dövlət planında nəzərdə tutulan müddətdən iki il əvvəl, 2028-ci ildə ölkədə altıncı nəsil mobil rabitəni işə salmaq niyyətindədir.
Qeyd olunur ki, 6G-nin inkişafı və tətbiqi hökumətin Cənubi Koreyanın şəbəkə infrastrukturu üzrə dünya lideri titulunu saxlamaq istəyi ilə sürətləndirilir.
Bundan əlavə, Yonhap-ın məlumatına görə, 6G-nin tezliklə istifadəyə verilməsi elektron komponentlərin tədarük zəncirlərinin bərpası və innovativ proqram təminatının inkişafı ilə əlverişlidir.
Yonhap yazır ki, hazırda hökumətdə 6G-nin tədqiqi və inkişafına yönəlmiş layihənin texniki-iqtisadi əsaslandırması aparılır. Layihə 481,7 milyon dollar dəyərində qiymətləndirilir.
Mənbə: TASS
İctimai.az

