Ağ Evin hesabatına görə, Koreya Respublikası 2030-cu ilə qədər ABŞ-dan 25 milyard dollar dəyərində hərbi texnika almaq niyyətindədir.
Hesabatda həmçinin qeyd olunur ki, Seul Respublikadakı Amerika kontingentinə 33 milyard dollarlıq hərtərəfli yardım göstərmək planlarını bölüşüb.
Cənubi Koreya həmçinin ABŞ-ın dəstəyi ilə Şimali Koreyaya qarşı vahid müdafiəyə rəhbərlik etmək üçün zəruri olan hərbi potensialını gücləndirmək səylərini sürətləndirməyi vəd edib.
Bundan əvvəl Cənubi Koreyanın ABŞ ilə ticarət müqaviləsi çərçivəsində gəmiqayırma sektoruna 150 milyard dollar sərmayə qoyacağı bildirilirdi.














