Cənubi Koreya müxalifəti Rusiya ilə hava əlaqəsini bərpa etməyə çağırıbbackend

Cənubi Koreyanın müxalif Birləşmiş Demokratik Partiyası (UDP) Rusiya ilə birbaşa uçuşların bərpasına çağırır.

Bu barədə “Hanguk Ilbo” qəzeti parlamentin torpaq və nəqliyyat komitəsinin üzvü Çunq Yonqgiyə istinadən məlumat yayıb.

Deputatın sözlərinə görə, Cənubi Koreya tərəfi “Korean Air” milli aviadaşıyıcısı vasitəsilə İnçon-Moskva marşrutunun bərpası məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

“Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra tam hüquqlu danışıqlar başlayacaq. Rusiya ilə əlaqələrin gücləndirilməsi Şimal Dəniz Marşrutunun inkişafı üçün vacibdir”, – Çunq Yonq Gi vurğulayıb.

“Hazırda hazırlıq mərhələsindəyik. Uçuş problemi həll olunandan sonra Li Jae-myung-a məlumat verəcəyəm”, – siyasətçi əlavə edib.