Cənubi Koreya sərhədi keçən Şimali Koreya əsgərlərinə atəş açıbbackend

Cənubi Koreya əsgərləri sərhədi pozan KXDR-dən olan hərbçilərə atəş açıb.

Bu barədə Yonhap agentliyi Koreya Respublikasının Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Cənubi Koreya hərbçilərinin məlumatına görə, iyunun 18-də səhər saatlarında demilitarizasiya zonasında işləmək üçün alətlərlə təchiz edilmiş 30-a yaxın KXDR əsgəri sərhədin mərkəzi hissəsini keçib. Xəbərdarlıq atəşindən sonra geri qayıtdılar.

Mənbə: A Haber