Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Çunq Ha-qyu Şimali Koreya əsgərlərinin Rusiya ərazisinə göndərilməsini Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin pozulması adlandırıb. Onun sözlərini Yonhap agentliyi sitat gətirir.
“Şimali Koreya qoşunlarının göndərilməsi, Rusiya və Şimali Koreya arasında daha geniş hərbi əməkdaşlıqla yanaşı, beynəlxalq normaların, o cümlədən BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə pozulmasıdır”, – Chung Ha-gyu deyib.
Onun sözlərinə görə, Rusiya ilə KXDR arasında hərbi əməkdaşlıq “beynəlxalq hüququn istehzasıdır”.