Yonhap Xəbər Agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verir ki, Cənubi Koreya Sarı dənizdə Baengnyeong adası yaxınlığında Şimal Limit Xəttini (NLL) pozduğu iddia edilən Şimali Koreya ticarət gəmisinə xəbərdarlıq atəşi açıb.
Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, Şimali Koreya gəmisi sentyabrın 26-da səhər saatlarında NLL-i keçib.Cənubi Koreya qüvvələri xəbərdarlıq atəşi açıb və gəmiyə suları tərk etməsi üçün radio ilə xəbərdarlıq edib.
“Qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyib və müəyyən edilmiş prosedurlara uyğun hərəkət edib”, – deyə ordunun bəyanatında bildirilir.