Cənubi Koreya Şimali Koreya raketi ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəkbackend

Koreya Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası martın 16-da KXDR tərəfindən buraxılan uzaqmənzilli ballistik raketlə bağlı iclas keçirməyi planlaşdırır.

Bu barədə News-1 agentliyinə istinadən TASS məlumat yayıb.

Qeyd olunur ki, iclasa prezident administrasiyasının milli təhlükəsizlik şöbəsinin rəhbəri Kim Sunq-han rəhbərlik edəcək.

Bundan əvvəl Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadən Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını bildirmişdi. Ballistik raket olduğu güman edilən raketin buraxılışını Yaponiyanın dəniz təhlükəsizliyi xidməti də təsdiqləyib.

Mənbə: TASS

İctimai.az