Şimali Koreya hakimiyyəti avqustun sonunda 20-30 məmuru daşqından qoruya bilmədiklərinə görə edam edib. Bu barədə Cənubi Koreyanın “TV Chosum” telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, edam olunanlar arasında əyalət partiya təşkilatlarının katibləri səviyyəsində bir sıra məmurlar da olub.
İyulun 31-də Şimali Koreya daşqın səbəbindən fövqəladə vəziyyət elan edib. Güclü yağışlar nəticəsində ölkədə dörd mindən çox evi su basıb. Şimali Koreya lideri Kim Çen In daşqınlardan zərər çəkmiş bölgələrə baş çəkib. KXDR rəhbəri humanitar yardım göstərməyə hazır olduqlarını ifadə etdiklərinə görə ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edib.
Mənbə: A Haber