Cənubi Koreya ordusu KXDR-də yolların bombalanmasına Koreyalararası sərhəddən “cənub istiqamətində atışlar” təşkil etməklə cavab verdi.
Bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Komitə qeyd edib ki, Cənubi Koreya silahlı qüvvələri yolda baş verən partlayış nəticəsində heç bir zərər görməyib.
Yolda partlayış bir neçə saat əvvəl məlum olub. Yonhap agentliyinin məlumatına görə, Şimali Koreya hərbçiləri hər iki ölkəni birləşdirən Gyeonggui və Donghae xətlərinin hissələrində partlayışlar həyata keçirib. Bununla bağlı Cənubi Koreya ordusu müşahidə və döyüş hazırlığını artırıb.