Cənubi Koreya Telegram-a qarşı cinayət işi açıbbackend

Cənubi Koreya polisi Telegram messencerinə qarşı cinayət işi açıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

İstintaqın platformada dərc olunan bəzi saxta məzmunlarla bağlı olduğu qeyd edilir.

Milli Polis Təhqiqat Bürosunun rəhbəri Woo Jong-soo, “Şübhələr cinayətin asanlaşdırılması, bu halda saxta videoların və digər cinayətlərin yayılması ilə bağlıdır” dedi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edir ki, messencer hesab məlumatları kimi lazımi məlumatları təqdim etmədiyi üçün araşdırmada müəyyən çətinliklər var.

Mənbə: A Haber