Seul Şimali Koreya hərbçilərinin iştirakı ilə ölkə ərazisində tam döyüşlər başlayarsa, Ukraynaya monitorinq missiyasının göndərilməsinin mümkünlüyünü istisna etmir. Bu barədə News1 agentliyi Cənubi Koreya prezident aparatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Eyni zamanda o əlavə edib ki, hazırda Ukraynada hərbi əməliyyatlarda KXDR-dən hərbçilərin iştirakı faktı qeydə alınmayıb.
“Şimali Koreyanın Rusiyaya göndərdiyi çoxlu sayda heyət qərb cəbhəsinə keçdi, lakin tammiqyaslı hərbi əməliyyatlar başlamadı” dedi.
Mənbə: News1