Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynaya silah tədarükünün nədən asılı olacağını izah edibbackend

Cənubi Koreyanın Ukraynaya silah tədarükü Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlığın inkişafından asılı olacaq.

TASS xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yol kanadalı həmkarı Melani Coli ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Seul Rusiya ilə KXDR arasında əməkdaşlığın inkişafını, o cümlədən Şimali Koreyanın Ukrayna münaqişəsində hərbi yardım müqabilində Moskvadan nə alacağını çox diqqətlə izləyir.

Noyabrın 1-də ABŞ Dövlət Departamenti məlumat verib ki, Amerika və Cənubi Koreya KXDR və Rusiya Federasiyası arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması ilə bağlı çağırışlara cavab tədbirləri müəyyən ediblər. Tərəflər Moskvanın Pxenyana dəstəyini yaxından izləmək və gələcəkdə bunu nümayiş etdirmək qərarına gəliblər.