Yonhap Xəbər Agentliyinin məlumatına görə, Cənubi Koreyanın paytaxtı Seulda avtobus binaya çırpılıb, bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Böyük ölçülü sərnişin avtobusunun piyada səkisinin geniş hissəsindən keçdikdən sonra böyük bir binanın şüşə fasadına çırpıldığı bildirilir.
Hadisənin səbəbi və şəraiti açıqlanmayıb.













