Cənubi Koreyalı fəallar Şimali Koreyaya hava şarları göndəriblərbackend

Qeyri-kommersiya təşkilatlarının Cənubi Koreyalı fəalları yenidən KXDR ərazisinə siyasi vərəqələr olan hava şarlarını buraxıblar.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, aksiya sərhəddə yerləşən Paju şəhəri ərazisində keçirilib. Təxminən 300 min vərəqə, Cənubi Koreya teleseriallarının yer aldığı USB disklər və nağd valyutadan ibarət ümumilikdə 20 şar havaya buraxılıb.

Bundan əvvəl məlum olub ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə təbliğat xarakterli yayımlar üçün səsgücləndiricilər quraşdırmağa başlayıb.

Koreya Respublikası Ordusunun Birləşmiş Qərargah Rəisləri tərəfindən bildirildiyi kimi, KXDR hələlik təbliğat yayımlarını bərpa etməyib, lakin buna hazırlaşır.

Mənbə: A Haber