Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov ölkənin futbol federasiyasının yeni prezidenti Marat Ömərovla görüşüb.
Bu barədə “Sport Ekspress”ə rusiyalı mütəxəssis məlumat verib.
Məşqçi görüşün məhsuldar keçdiyini qeyd edərək, komandanın 2025-ci il üçün strategiyasını açıqlayıb. Çerçesov onu da qeyd edib ki, mətbuatda onun tezliklə istefaya getməsi ilə bağlı məlumatlar dərc olunanda onun fikri ilə maraqlanan olmayıb.
“Mənimki yoxdur, amma həmişə var. Amma iclasda bu məsələ qaldırılmayıb”.
Çerçesov 2024-cü ilin yayından Qazaxıstan millisini çalışdırır.